"Zirə” daha bir futbolçusu ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqova perulu Alvaro Ampuero da lazım olmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İcarə müqaviləsinin müddəti başa çatan futbolçu ilə yeni sözləşmə imzalanmayıb. "Zirə" Ampueroya komandaya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyersında uğurlar arzulayıb.
"Zirə” bu yay Elvin Məmmədov, Emil Balayev, Cavid Hüseynov, Anastasios Papazoğlu, Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqrudca, Adrian Skarlatake, Nicat Süleymanov, Rafael Məhərrəmli, Riçard Qadze, Mfo Kqasvane və Bəxtiyar Həsənalızadə ilə də yolları ayırıb.
Fanat.Az