"Nyu-York" mövsümlərarası fasilədə "San-Antonio"nun qardı Demar Derozanı heyətinə cəlb etmək istəyir.
Fanat.Az "Legion Hoops"a istinadən xəbər verir ki, Derozan 2020-21 mövsümü ilə bağlı müqaviləsindəki opsiyadan imtina etsə, "Niks" onun keçidini həll etmək üçün çalışmalara başlayacaq.
30 yaşlı basketbolçu 2018-ci ildə treyd nəticəsində "Toronto"nu "San-Antonio"ya dəyişmişdi. Cari NBA mövsümündə Derozan 22,1 xal, 5,7 ribaund və 5,6 asist ortalamaları ilə yadda qalıb.
Fanat.Az