Azərbaycan çempionu "Qarabağ”ın Çempionlar Liqasındakı daha iki mümkün rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, bunlardan biri Sloveniya çempionu "Çelye"di. Bu komandanın "səpələnməmişlər" səbətində yer alacağı dəqiqləşib.
Digər potensial rəqib Albaniya çempionu "Tirana"dı. Bu komanda da "səpələnməmişlər" səbətində yer alacaq.
Hər iki komanda "Qarabağ"a mövsümdə ilk rəqib ola bilər.
Fanat.Az