Kişi basketbolçulardan ibarət Azərbaycan klubları Avropa kuboklarının yeni mövsümündə iştirak etməyəcəklər. Bu bərədə apasport.az saytına Azərbaycan Basketbol Federasiyasının icraçı-direktoru Rüstəm Rüstəmov məlumat verib.
O bildirib ki, avrokuboklardan imtinaya səbəb klublarımızın maddi imkanlarının aşağı olmasıdır: “Klublarımız yeni mövsümdə yenə daxili yarışlarla kifayətlənəcək. Bəli, artıq avrokuboklar üçün sifariş ərizələrinin vaxtı da bitib. Bu da o deməkdir ki, ən azı 1 ildə bu yarışlarda oynamayacağıq”.
Qeyd edək ki, son mövsüm “Qala” çempion kimi başa vurub.
İdman24.az