09:55 25.07.2020 2181

Hafiz Baxşəliyev: "Camaatı sakitləşdirmək olmur, ermənilər vandaldı"

Böyük Britaniyanın paytaxtı Londonda yaşayan azərbaycanlı kikboksçu Hafiz Baxşəliyevin "Report"a müsahibəsi...

- Yaşadığınız ölkədə ermənilərin azərbaycanlılara qarşı aqressivliyi əvvəllər də var idi, yoxsa onlar son zamanlar azğınlaşıblar?
- Əvvəllər də müəyyən narazılıqlar olurdu. Amma həmin vaxt nə onlar, nə də biz bu qədər aqressiv idik, emosiyalar da yüksək deyildi. 2016-cı il Aprel döyüşlərindən sonra isə emosiyalar yüksəldi. Deyərdim ki, millətin də vətənpərvərlik ruhu həddindən artıq çox yüksəkdir. Məsələn, Ermənistan səfirliyinin qarşısında dinc aksiya keçirmək tələbimiz olur. Polisdən icazə alaraq, aksiya keçiririk. Onlar da bizim qarşımıza çıxanda təxribat törətməyə başlayırlar. Bu da istər-istəməz aqressiya yaradır. Qarşımızda şəhidlərimizi, Ramil Səfərovu dövlət rəsmilərini və atributlarını təhqir etməyə çalışırlar. Bizi provakasiya çəkirlər ki, biz də onlaraq aqressiv hərəkət göstərək və müdaxilə edək.

- Sonuncu məlum olay da bu cür baş verdi?
- Həmin vaxt mən və başqa dostlar çalışdıq ki, bunun qarşısını alaq və onların hücum etməsinə imkan verməyək. Gördürlər ki, biz dava etməyə çalışmırıq. Əksinə, çalışırıq ki, aksiyamız sakit və normal keçsin. Amma onlar qızışdırdılar ki, camaat aqressivləşsin və bizim milləti belə tanısınlar, polis aksiyamızı dağıtsın. Onların bu niyyətdə olduğu aşkar hiss edilirdi. 

- Yəqin ki, Avropada aqressiv hərəkətlər qəbul edilmir. Onlar daha çox istəyirlər ki, sakitçilik olsun, hər şey danışıq yolu ilə həll edilsin və insanlar bir-birinə aqressiya göstərməsinlər. Bu baxımdan azərbaycanlıların Avropadakı diplomatik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Böyük Britaniyada hər şey yaxşıdır. Səfirlik də hər zaman dəstək olur, aksiyadan öncə bəzi məsləhətər verir. Bizdə siyasi cəhətdən hər şey demək olar ki, yüksək səviyyədədir. Lakin istənilən halda torpaqlarımız işğal altındadır. Camaatı sakitləşdirmək olmur, ermənilər vandaldırlar. Mənə elə gəlir ki, bunu qanla həll etməliyik, başqa yolu yoxdur. Şəxsi fikrimdir ki, biz siyasətlə heç yerə gedə bilməyəcəyik. Neçə illərdir ki, torpaqlarımızı alıblar, biz də oturmuşuq ancaq orda şikayət edirik, burda aksiya və protest edirik. Bizə bunların heç birinin xeyri  dəyməyəcək. Necə ki indiyədək dəyməyib. Belə aksiyalarda, protestlərlə milli ruhu qaldırmaq olar. Düşmən tərəf cəbhədə yenidən təxribata başlayıb, bizim şəhidlərimiz də var. İnsanlar da istər-istəməz aqressivləşib.

- Yəni, Vətəndə baş verənlər orada da təsirsiz ötüşmür...
- Bəli.

- Ermənilər Belçikada bir azərbaycanlını təkləyərək onu döyüblər. Ümumiyyətlə, bir idmançı həmyerlimiz kimi fikriniz necədir: Biz də onlara qarşı eyni addımı atmalıyıqmı?
- Londondakı son tədbirimizdə hisslərimizi güclə cilovlayırdıq. Çünki onlar provakasiya edirdilər. Çalışırıq ki, kiməsə xətər yetirməsinlər. Onlar bizim tədbirimizdə az idilər: hardasa 50 erməni, 300-dək azərbaycanlı var idi. Bizim kişilərimiz kənara dursaydı, qadınlarımızdan o qədər mərd, qeyrətli xanımlar var idi ki, onlar erməniləri parçalaya bilərdilər. Çalışırdıq ki, onlara imkan verməyək, amma axırda hisslərimizi cilovlaya bilmədim. Bizim atributlarımızı yerə atıb təhqir etmək istəyəndə, insident yarandı. Son hadisələr, vətəndaşlarımızın Avropada təklənmələri, ABŞ-ın Los-Angeles şəhərində üstlərinə hücum etmələri, döymələri bunlar hamısı qəbulolunmazdır. Əgər hisslərlə cavab versək, biz də onlara qarşı eyni hərəkətləri edərik, hətta ondan da dəhşətlisini edə bilərik. Ancaq ağılla hərəkət etsək, bunlara yol verməməliyik. Onların səviyyəsinə enməyə ehtiyac yoxdur.

- Hazırda Türkiyənin İstanbul şəhərindəsiniz, səfərinizin məqsədi nədir?
- Bileti çoxdan almışdım. Bizdə tətildir, ancaq Azərbaycana gələ bilmirik. Burada bizim yaxınlarımız da var, onlar da Vətənə gedə bilməyiblər. Gəlmişik onları görməyə. Pandemiyaya görə Azərbaycana gedə bilmirik və buraya gəlmişik. Uşaqları gətirmişik ki, qohumlarımız görsünlər.

- Avropadakı qarşıdurmalara həmin ölkələrin rəhbərliyi, müvafiq qurumları necə yanaşırlar?
- Məsələn, mən İngiltərədə yaşayıram. Bu ölkədə yaşamaq icazən varsa və yaxud vətəndaş olmusansa, bunları səni britaniyalı kimi hesab edirlər. Mən milliyyətcə azərbaycanlıyam. Britaniya pasportun varsa, səni öz millətlərindən hesab edəcəklər. Avropalılar üçün elə şeylər normaldır, vətənpərvərlik hissləri var. Aqressiyaya isə qəti şəkildə etiraz edirlər, belə halları çox yaxşı qarşılamırlar.

- Sizcə, son qarşıdurmalar tarixi düşmənçilik, yoxsa ermənilərin yaşadıqları ölkələrdə azərbaycanlılara qarşı təxribatları ilə əlaqədardır?
- Son olaylara əsasən deyə bilərəm ki, ermənilər bizim vətəndaşlara güc tətbiq etməyə və üzərilərinə hücum etməyə başlayıbar. Videolarda millətimizi, xalqımızı vətəndaşımızı təhqir etmələri görünür. Güc tətbiq edirlər, vətəndaşlarımızı təkləyib döyməkləri qəbuledilməzdir. Avropada - Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdə yaşayan həmyerlilərimiz istər-istəməz hisslərinə qalib gələ bilməyib onlara cavablarını vermək istəyirlər. Bu, yalnız ermənilərin provakasiyasıdır. Biz də buna uyuruq. Mən belə fikirləşirəm.

- Demək, düşünürsünüz ki, belə təxribatlara uymamaq lazımdır?
- Mənə elə gəlir ki, uymamalıyıq. Bayaq dediyim fikrə bir daha qayıdıram. Hisslərlə hərəkət etsək, onların etdiklərindən də artığını edərik. Ancaq ağılla düşünəndə bu yollara əl atmağa ehtiyac yoxdur.

- Londonda nə işlə məşğulsunuz?
- Hazırda idman təşkilatım var. Bəzi döyüş növlərində peşəkar görüşlər təşkil edirəm. Lakin pandemiya ilə əlaqədər olaraq mart ayından tədbirlərimizi dayandırmışıq. Hər şeyin düzəlməsini gözləyirik. Daha sonra fəaliyyətə başlayacağıq.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X