Qəbələdə təlim-məşq toplanışını davam etdirən "Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi "Sabah”la qarşılaşıb. Bu görüş "Sabah”ın yeni baş məşqçisi Visente Qomes üçün debüt matçı olub. Oyunda hesabı "Qarabağ” açsa da, ikinci hissədə iki qol vuran "Sabah” qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ” Qəbələdə keçirdiyi ilk yoxlama oyununda "Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
25 iyul
Qarabağ – Sabah 1:2
Qollar: Filip Ozobiç – Xulio Sezar Rodriqes, Təmkin Xəlilzadə - pen.
Qəbələ şəhər stadionu
Fanat.Az