ABŞ-ın USL çempionatında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv "Oranj Kaunti” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası 0:1 hesabı ilə yenilib.
Rüfət matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.
"Finiks Rayzinq” hazırda B qrupunda 7 xalla beş komanda arasında üçüncü pillədə mövqe tutub.
Fanat.Az