Moldova çempionatında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, U-21 millimizin sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə lider "Şerif”lə qarşılaşıb. Nağıyevin komandası 0:6 hesablı darmadağına üzülüb.
Dmitri start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
6 turdan sonra 9 xalı olan "Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə mövqe tutub.
Fanat.Az