"Nyu-York"un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az ESPN-in NBA insayderi Edrian Voynarovskinin "Twitter" hesabına istinadən xəbər verir ki, "Niks"i Tom Tibodo çalışdıracaq. Tərəflər 5 illik müqavilənin şərtlərini razılaşdırıblar.
"Niks" daha öncə Kenni Etkinson, Mayk Miller, Ceyson Kidd, Mayk Braun, UillHardi, Kris Fleminq, Camal Mozli və Pet Dileyni kimi mütəxəssislərin namizədliyini nəzərdən keçirmişdi.
Tibodo baş məşqçi kimi "Çikaqo" və "Minnesota"da işləyib. 598 matça çıxan 62 yaşlı çalışdırıcının aktivində 352 qələbə (58,9%) var.
Fanat.Az