"Fənərbaxça"nın ulduzu Əmrə Belözoğlu klub ilə yollarını ayıran Aykut Kocamanın bir gün kluba yenidən qayıdacağına inandığını söyləyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Əmrə "Aykut Kocamana fərqli hörmətim və sayğım var. Bir gün onun kluba qayıdacağına inanıram. Yeni baş məşqçimiz mövzusunda isə ən yaxşı qərarı rəhbərlik verəcək. Bu mövzuda şübhəm yoxdur", deyib.