Dördaylıq fasilədən sonra NBA bərpa olunur.
Fanat.Az xəbər verir ki, iyulun 30-dan 31-nə keçən gecə çempionatda iki görüş keçiriləcək. Bakı vaxtı ilə saat 02:30-da "Nyu-Orlean" və "Yuta" qarşılaşacaq. Ardınca isə mərkəzi matç oynanılacaq. Qərb konfransının ilk iki pilləsində qərarlaşan "Leykers" və "Klippers" üz-üzə gələcəklər. Los-Anceles təmsilçilərinin dueli 05:00-da başlayacaq.
NBA
31 iyul
02:30. "Nyu-Orlean Pelikans" - "Yuta Caz"
05:00. "Los-Anceles Leykers" - "Los-Anceles Klippers"
NBA-nın bütün oyunları Florida ştatının Orlando şəhərində keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayında müntəzəm çempionata fasilə verilmişdi.
Fanat.Az