"Eurohoops" portalı mövsümlərarası fasilədə Avroliqa təmsilçiləri arasında reallaşmış ən yaxşı 10 transferi sıralayıb.
Fanat.Az xəbər verir ki, gürcü basketbolçu Tornike Şengeliyanın "Baskoniya"dan Moskva TsSKA-sına keçidi birinci olub. Nik Kalates ikinci, Kostas Slukas isə üçüncüdü.
"İlk onluq" belədi:
1. Tornike Şengeliya ("Baskoniya"dan TsSKA-ya)
2. Nik Kalates ("Panatinaikos"dan "Barselona"ya)
3. Kostas Slukas ("Fənərbağça"dan "Olimpiakos"a)
4. Nikola Milutinov ("Olimpiakos"dan TsSKA-ya)
5. Malkolm Dileyni ("Barselona"dan "Milan"a)
6. Derrik Uilyams ("Fənərbağça"dan "Valensiya"ya)
7. Luici Datome ("Fənərbağça"dan "Milan"a)
8. Kayl Hayns (TsSKA-dan "Milan"a)
9. Nikola Kalinç ("Fənərbağça"dan "Valensiya"ya)
10. Qreq Monro ("Bavariya"dan "Ximki"yə)
Fanat.Az