Qəbələdə təlim-məşq toplanışında olan "Sumqayıt"la "Sabah"ın bu gün keçirdiyi sınaq matçı yarımçıq dayandırılıb.
Fanat.Az xəbər verir ki, güclü leysan buna səbəb olub. Görüşün birinci hissəsinin sonunda, hesab 0:0 olarkən baş hakim aramsız yağışa görə oyunu dayandırmalı olub. Matçın sabah 2-ci hissədən oynanılması nəzərdə tutulub.
Qeyd edək ki, "Sumqayıt" bunadək Avropa Liqasında digər təmsilçimiz "Neftçi"yə böyük hesabla uduzub - 0:3. "Sabah" isə ilk görüşdə Çempionlar Liqasında yarışacaq "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.
Fanat.Az