Dördaylıq fasilədən sonra NBA bərpa edilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Yuta Caz" "Nyu-Orlean Pelikans"ı məğlub edib. Cordan Klarkson 23 xalla komandasının qələbəsində əsas pay sahibi olub.
Gecənin mərkəzi matçı Qərb konfransının liderləri "Leykers" və "Klippers" arasında oynanılıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan Frenk Voqelin yetirmələri 103:101 hesabı ilə qalib ayrılıb. Entoni Deyvis 34 xalla matçın ən məhsuldar oyunçusu olub. "Klippers"in heyətində Pol Corc 30, Kavay Lenard isə 28 xalla yadda qalıb.
NBA
"Nyu-Orlean Pelikans" - "Yuta Caz" - 104:106
"Los-Anceles Leykers" - "Los-Anceles Klippers" - 103:101
Fanat.Az