Moldova millisinin UEFA Millətlər Liqası öncəsi 7-11 avqust tarixlərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Engin Fırat 23 futbolçuya dəvət göndərib. Türk mütəxəssis "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuku yığmaya çağırmayıb. Əvəzində "Neftçi"nin sabiq müdafiəçisi Petru Rakunu heyətdə yer alıb.
Qeyd edək ki, Moldova seçməsi Millətlər Liqasında ilk oyununu sentyabrın 3-də Kosovaya qarşı keçirəcək, 3 gün sonra isə Sloveniya ilə qarşılaşacaq.
Fanat.Az