Dördaylıq fasilədən sonra NBA-da mübarizə qaldığı yerdən davam edir.
Fanat.Az xəbər verir ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə müntəzəm çempionatda 5 görüş keçirilib. Şərq konfransının lideri "Miluoki" "Boston"a qalib gəlib. Overtayma gedən matçda "Portlend" "Memfis"i məğlub edib.
Daha bir maraqla gözlənilən oyunun qalibi də overtaymda müəyyənləşib. Texas təmsilçilərinin duelində "Hyuston" "Dallas"ı üstələyib.
NBA
"Vaşinqton Vizards" - "Finiks Sans" - 112:125
"Portlend Treyl Bleyzers" - "Memfis Qrizzlis" - 140:135 (overtaym)
"Miluoki Baks" - "Boston Seltiks" - 119:112
"San-Antonio Spörs" - "Sakramento Kinqz" - 129:120
"Dallas Maveriks" - "Hyuston Rokets" - 149:153 (overtaym)
Fanat.Az