"Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Hacıağa Hacılı ilə razılığa gəlinib. "Qarabağ"dan icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hacıağa Hacılı 2018-ci ilin yayında "Qəbələ"dən "Qarabağ"a transfer olunub. Ağdam klubu onu 2018/19 mövsümündə "Qəbələ"yə icarəyə verib. 22 yaşlı futbolçu 2019/20 mövsümündə meydana çıxdığı 7 oyunda 1 qol ötürməsi verib.
Fanat.Az