14:52 01.08.2020 1698

Bədbinliyin boz çaları

Yaralı Azərbaycan futbolunun 2020-ci ildən necə çıxacağını zaman göstərəcək. Üfüqlər bombozdu... Ətəyindən tutub ovunmaq üçün böyük ümid axtarmağa da dəyməz...
 
Bu gün üçün bilinən budu ki, AFFA mövsümlərarası fasilədə "Qəbələ" və "Zirə"yə də "qan vermək" məcburiyyətində qalıb və son vəziyyət nikbin düşüncələrə heç bir əsas vermir. Korona olayının kölgəsində qalan ölkə təmsilçilərinin avrokuboklarda üzləri güldürəcəyinə inanmaq çətindi. Maddi sıxıntı üzündən hədəfləri kiçilən "Keşlə" və "Sumqayıt" bir yana, "oturuşmamış" heyətə malik "Neftçi"ni belə, ağır sınaqlar gözləyir. Əlbəttə, başdakıların bacarıqsızlığı üzündən yeni əsrin 20-ci ilində də Bakı təmsilçisinin qrupda oynamağı minimum hədəfə çevirə bilməməsi bir ayrı rəzalətdi. Ancaq Roberto Bordində "yandıran" rəhbərliyə nəhayət, haqq yoluna gəldiyinə, italiyalıdan zəif olmadığını isbatlayan yerli çalışdırıcıya - Füzuli Məmmədova şans verdiyinə görə təbrik düşür.  

Razılaşaq ki, hazırda Azərbaycan təmsilçiləri arasında yalnız "Sabah"ın canfəşanlıq etməsi, obrazlı yanaşsaq, "caynaqlarını itiləməsi" solğun fonda müsbət mənzərədi. Qalanları zəifləməməyin, olanı qorumağın hayındadı. Yayın son ayında avrokuboklara vəsiqə qazana bilməyənlər haqda yorucu cümlələr yazıb vaxtınızı almaq niyyətindən uzağam... Maykl Essyendən istədiyini almadan yola salan "Səbail"dən, o boyda infrastrukturla assosiasiyanın ianəsinə möhtac qalan "Qəbələ"dən söhbət açmaq doğrudan ağır və ağrılıdı...

Bu yay "Qarabağ" da ikiqat əziyyət çəkəcək. Bəlkə də çox bədbin səslənir. Amma əmin olun ki, bu dəfə ağdamlılar xüsusi qəhrəmanlıq hesabına Avropa Liqasının qrupunda düşə bilər. Adiləşmiş hədəfin soyuq və uzaq görünməsinin çoxsaylı səbəbləri haqda danışmaq ayrıca yazı mövzusudu. Məlum pandemiyadan qaynaqlanan, hamıya bəlli məqamlıarla yanaşı, komandadakı ciddi dəyişikliklər də ehtimallar ətrafında axtarışa çıxmağı vacib edir. Qurban Qurbanov və köməkçiləri öncə zamana qarşı mübarizədən qalib çıxmalı, Rəşad Sadıqovsuz, Almeydasız, Miçelsiz, Kintanasız böyük addımlar atmağın yolunu tapmalıdı. Hə, əvəzolunmaz oyunçu yoxdu. Ancaq kapitanın karyerasını bitirməsi, uzun müddət "köhlən atlar"ın formasını geyinən, "açar oyunçular" sayılan legionerlərin heyətdə olmaması sıradan fakt deyil.

Əslində "Qarabağ"ın bütün Avropa uğurlarının arxasına özünəməxsus imza atmış Sadıqovun yalnız oyunçu yox, həm də baş məşqçinin sağ əli qismində itirilməsi zaman-zaman seziləcək. Hərçənd adamın Qurbanovdan ayrılmasını, öz dəsti-xəttini futbol ictimaiyyətinə göstərmək, fərdi planlarını həyata keçirmək istəyini alqışlamalıyıq. İndi qarşısına uğurlu məşqçi olmaq hədəfi qoymuş sabiq müdafiəçinin də saysız-hesabsız qayğıları var. Bir tərəfdən para sarıdan "axsayan", AFFA-ya möhtac qalan qəsəbə təmsilçisinin "sükanı arxası"na uyğun vaxtda keçmədiyini vurğulamağa məhkumuqsa, digər yandan düzgün qərar verdiyini də qabartmalıyıq. Şübhəsiz, bu büdcə, bu heyətlə ən yaxşı halda, Avroliqaya vəsiqə verən yerlərdən birini tutmaq hədəfi ilə mücadilə etmək olar. Daha artığından dəm vurmaq romantika ilə reallığın sərhədlərini itirmək anlamına gələr. Belə deyək, pandemiya kitabı bağlansa, 2020/21 mövsümü normal qaydada start götürsə, Sadıqov azı 4-5 ay özül atmağa çalışacaq. Komanda qurmaq çoxmərhələli prosesdi. Hələ bu işi sona çatdıracağı müddəti nəzərdə tutmuram. Hələ söhbət ilkin mərhələdən - nərdivanın birinci pilləsindən gedir. Onadan asılı olmayan səbəblər üzündən vəziyyət qəlizləşməsə, maraqlı mühit yarada, döyüşkən kollektiv formalaşdıra bilər. Millinin sabiq kapitanının uzunmüddətli hədəflər müəyyənləşdirdiyi transferlərdən də aydın sezilir. Yuxarıda qeyd etdiyim kimi, ortaya qəmbərqulu çıxmasa, "Zirə" 2021/22 "futbol ili"ndən Sadıqovun komandasına çevriləcək. Təki bütün futbolsevərlərin qorxulu yuxusu - ölkə futbolunda çox klubları tarixin yaddaşına göndərmiş tanış və qorxunc dalğa kükrəməsin. 

Nihat Ağasoy
Fanat.Az



 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X