Bu gün Qəbələdə təlim-məşq toplanışında olan "Keşlə” və "Qəbələ” yoxlama oyunu keçiriblər.
Fanat.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada Tərlan Əhmədovun komandası 2:0 hesablı qələbə qazanıb. Matçın 45-ci dəqiqəsində Şəhriyar Əliyev qarşı tərəfi məyus edibsə, 62-ci dəqiqədə Vüsal İsgəndərli penaltidən fərqlənib.
"Keşlə” əvvəlki yoxlama matçlarında "Qarabağ"a uduzub (1:3), "Zirə"yə qalib gəlib (1:0). "Səbail" isə "Qəbələ"ni 2:1 hesabıyla yenib.
Fanat.Az