«Növbəti mövsümdə çempoionatımızda oyunların sayı çox olacaq. Təqvimdə sıxlıq olduğundan, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsla razılaşmadığımız məqamlar var». Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Musayev klub rəhbərlərindən narazılıq edib: «İndiyə qədər Foqtsun çaldığı hava ilə oynamışıqsa, bundan sonra belə olmayacaq. Oyunlarımız Novruz bayramında düşəndə, azərbaycanlı klub rəhbərləri buna etiraz etmirlər. Ancaq başqa dinin mənsubları öz bayramlarına düşəndə, az qala bizi öldürürlər. Nə olsun ki, oyun bayrama düşür? İspaniya, İngiltərədə bayramda oynayırlar».