Avroliqa rəhbərliyi yeni mövsüm hazırlıqları çərçivəsində "Biz qayıtdıq" adlı iki turnir keçirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, ilk turnir 12-13 sentyabr tarixlərində Litvanın Kaunas şəhərində yerləşən "Zalgirio Arena"da keçiriləcək. Burada "Milan", "Panatinaikos", "Anadolu Efes" və "Jalqiris" qüvvələrini sınayacaqlar.
Digər yarış 15-16 sentyabr tarixlərində İspaniyanın Valensiya şəhərinin "La Fonteta" arenasında oynanılacaq. "Bavariya", "Olimpiakos", "Villörban" və "Valensiya" sözügedən turnirdə iştirak edəcəklər.
Qeyd edək ki, Avroliqada yeni mövsüm oktyabrın 1-də start götürəcək.
Fanat.Az