"Yuventus"un və Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu yenidən imicini dəyişib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı ulduz yeni qısa saç düzümü ilə diqqət çəkib. Ronaldu yeni imicində şəklini paylaşaraq "Gözəl bir turnir geri döndü" şərhini yazıb
və Çempionlar Liqasının haştaqını tag edib.
Qeyd edək ki, "Yuventus" bu gün ÇL-in 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Lion"la qarşılaşacaq.