UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Sorğuda 4 nəfər mübarizə aparacaq. İngiltərə "Vulverhempton"unun qapıçısı Ruy Patrisiu, İspaniya "Sevilya"sının müdafiəçisi Serxio Regilon, Danimarka "Kopenhagen"inin hücumçusu Yonas Vinn və Ukrayna "Şaxtyor"unun forvardı Junior Moraes həftənin ən yaxşısı adını qazanmağa namizəddir.
Qeyd edək ki, qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Fanat.az