"Kayserispor"dan ayrılan Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "Dənizlispor"u çalışdıracaq. Onun Superliqa təmsilçisi ilə 2 illik razılaşdığı bildirilib. Dənizli təmsilçisinin yaxın günlərdə xorvatla rəsmi müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Onun çalışdırdığı son klub olan "Kayserispor" cari mövsümdə Superliqanı 17-ci pillədə tamamlayaraq elitadan düşüb.
Xatırladaq ki, "Denizlispor" çempionatı 14-cü pillədə başa vurub.
Fanat.Az