"Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar”ın məşqçisi - Azər Bağırov komandadan ayrılıb.
2019-cu ilin oktyabrından bu klubda çalışan mütəxəssis 2019/20 mövsümündə məşqçi funksiyasını yerinə yetirib. Onun "Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan "qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub.
"Qəbələ” İdman Klubu Azər Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol