AFFA İntizam Komitəsinin 2013-cü ildə son iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Göyəzən”lə matçın 65-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Novruz Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimələnib.
"Ağsu" ilə matçda "Karvan"ın 4, "Araz"la oyunda "Qaradağ"ın 5 üzvü sarı vərəqə alıb. Hər iki klub 100 manat cərimə edilib.
Fanat.az