Bu gün Çempionlar Liqasında 2020/21 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, İsveçrədə keçirilən ilkin mərhələdə yarımfinal matçları baş tutub.
Öncə "Tre Fiori” və "Linfild” üz-üzə gəlib. Şimali İrlandiya təmsilçisi inamlı qələbə sayəsində mərhələ adlayan tərəf olub. "Linfild”in futbolçusu Bastian Heri isə 2020/21 mövsümündə vurulan ilk qolun müəllifi qismində yadda qalıb.
Digər matçda "Drita” "İnter”i sınağa çəkib. Bu oyunda da Kosovo təmsilçisi qalib gəlib.
Beləliklə, avqustun 11-də təşkil olunacaq final görüşündə "Linfild”lə "Drita” üz-üzə gələcək. Məğlub olan "Tre Fiori” və "İnter” isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.
Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
8 avqust
Tre Fiori (San Marino) – Linfild (Şimali İrlandiya) – 0:2
Drita (Kosovo) – İnter (Andorra) – 2:1
Final
11 avqust
20:00. Drita (Kosovo) – Linfild (Şimali İrlandiya)
Fanat.Az