"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi" (Şimali Makedoniya) növbəti transferi reallaşdırıb.
Fanat.Az xəbər verir ki, makedoniyalılar Albaniyanın "Vlazniya" klubundan Filip Qliqorov Çair transfer edib. 27 yaşlı müdafiəçi 2016-ci ildə də "Şkupi"də çıxış edib.
Qeyd edək ki, "Neftçi” - "Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.
Fanat.Az