Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, İspaniyanın "Atletiko” komandası Almaniya "Layptsiq”ini sınağa çəkib.
Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade” stadionunda baş tutan matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib.
Almanlar "hindular"ı yenərək yarımfinala yüksəlib.
Qeyd edək ki, 1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya "Atalanta”sını 2:1 hesabı ilə məğlub edib. Paris təmsilçisi yarımfinalda "Layptsiq"lə qarşılaşacaq.
13 avqust
Çempionlar Liqası, 1/4 final
"Layptsiq” (Almaniya) – "Atletiko” (İspaniya) 2:1
Qollar: Olmo, 51. Adams, 88 – J.Feliks, 71-pen.
Baş hakim: Şimon Marçinyak
Portuqaliya, Lissabon. "Joze Alvalade” stadionu
Fanat.Az