Yeni mövsümə hazırlıqlarını davam etdirən "Səbail” və "Keşlə” bu gün yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilən görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Bu komandaların Qəbələdəki toplanış çərçivəsində keçirilən yoxlama görüşündə "Keşlə” 2:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, "Səbail” Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Neftçi” ilə, "Keşlə” isə "Sumqayıt”la qarşılacaq.
Yoxlama oyunu
14 avqust
Səbail – Keşlə 0:0
Bakı Olimpiya stadionu, ehtiyat meydança
Fanat.Az