Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə üz-üzə gəlib.
"Kapital Bank Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt"ın heyətində qolları Rüfət Abdullazadə, Tellur Mütəllimov, Elvin Məmmədov və yeni transfer Əli Qurbani vurub.
Fanat.az