"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev hazırlıq çərçivəsində dünən keçirilən "Neftçi” ilə yoxlama oyununu (1:2) şərh edib.
Fanat.Az xəbər verir ki, o, klubun saytına açıqlamasında matçla bağlı bunları bildirib:
"Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol