"Pelister”lə arzuolunmaz heç-heçədən (Şimali Makedoniya liqasının ikinci turunda) sonra biz psixoloji durumumuzu düzəldirik. İndi hər şey geridədir və bütün fikirlərimizi "Qarabağ”la oyuna kökləmişik”.
Fanat.az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın "Sileks” komandasının baş məşqçisi Qoran Simov "Gol.mk"a açıqlamasında deyib.
45 yaşlı mütəxəssis Azərbaycan çempionu ilə görüş barədə bunları söyləyib: "İstəyirəm ki, futbolçular meydanda ən yaxşısını versinlər. Möcuzələrə inanmalıyıq, çünki futbolda eyni şeylər tez-tez baş verir. Bir matç oynanılacaq. İntizamlı olmalı və yaxşı səviyyədə çıxış etməliyik".
Qeyd edək ki, "Sileks” Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ”a rəqibdir. Sabah bu komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüş 20.00-da başlanacaq.Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.
Fanat.az