Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş reallaşıb.
1/4 finalda İspaniya "Atletiko"sunu mübarizədən kənarlaşdırmaqla böyük sürprizə imza atan Almaniya "Layptsiq"i bu dəfə Fransa çempionu PSJ ilə üz-üzə gəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu da Luş" stadionunda keçiriləcək matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edib. Paris təmsilçisi darmadağınla finala yüksəlib.
Qeyd edək ki, PSJ "Lion" (Fransa) - "Bavariya" (Almaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
"Layptsiq" (Almaniya) - PSJ (Fransa) 3:0
Qollar: Markinyos, 13. Di Maria, 42. Bernat, 56.
Baş hakim: Byörn Kuypers
Portuqaliya, Lissabon. "Eştadiu da Luş" stadionu