UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Namizədlər sırasında "İnter"in hücumçuları Romelu Lukaku, Lautaro Martines, "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş və "Sevilya"nın qapıçısı Yassin Bunu yer alıb.
Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Qeyd edək ki, avqustun 21-də Avropa Liqasının finalında "İnter" və "Sevilya" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fanat.az