"Formula 1" üzrə dünya çempionatında çıxış edən "AlphaTauri" komandasının pilotu Pyer Qaslinin evinə oğru girib.
Fanat.az xəbər verir ki, bu barədə 24 yaşlı sürücü özü məlumat verib.
"Motorsportweek" nəşrinə danışan fransalı pilot Normandiyadakı evi qarət olunub.
"Məlum oldu ki, dünyada həqiqətən heç kimə hörmət etməyən dəyərsiz insanlar var. Onlar zinət əşyaları, eynəklər və yarış dəbilqələrini oğurlayıblar", deyə Qaslin bildirib.
Fanat.az