Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Divizionun 2020/21 mövsümündə keçiriləcək oyunlarından əvvəl aparılacaq koronavirus testlərinin qaydası açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu, Peşəkar Futbol Liqası (PFL) tərəfindən yeni mövsümün Əsasnaməsinə edilən əlavələrdə öz əksini tapıb.
Qərara əsasən, komandaların üzvləri, həmçinin hakimlər görüşün başlanmasına 60 saat qalmış PHŞ-da "COVID-19” (PZR) üsulu ilə testlərdən keçirilməlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 21-də start veriləcək.
Fanat.Az