"Neftçi" klubu ilə yollarını ayıran yunanıstanlı futbolçu Vangelis Platellas karyerasını ölkəsində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sportdog" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçinin Larisa AEL-inə keçəcəyi gözlənilir. Yunanıstan klubu artıq Platellasla danışıqlara başlayıb.
Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edib.
Fanat.Az