Fransanın PSJ klubu Çempionlar Liqasının final matçına itki ilə çıxa bilər.
Fanat.Az xəbər verir ki, komandanın hücumçusu Neymar sözügedən qarşılaşmanı buraxa bilər.
Buna səbəb braziliyalı ulduzun koronavirus pandemiyası ilə bağlı UEFA-nın tələbini pozmasıdır.
Belə ki, Neymar yarımfinal mərhələsində "Leypsiq”lə qarşılaşmadan sonra rəqibin müdafiəçisi Marsel Halstenberqin forma dəyişmək istəyini qəbul edib. Halbuki qitə futbol qurumu oyunçuların sağlamlığı üçün qarşılaşmalardan sonra forma dəyişikliyini qadağan edib.
UEFA koronavirus pandemiyasına görə formaların oyunlardan sonra dəyişdirilməsini qadağan edib. Neymar bu səbəbdən bir matçlıq diskvalifikasiya edilə və 12 günlük karantinə göndərilə bilər.
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.
Fanat.Az