Millimizin iştirak edəcəyi UEFA Millətlər Liqası ləğv edilməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiyanın "Sport-express" nəşri məlumat yayıb.
UEFA dünən gecə və bu gün səhər saatlarında milli federasiyalarla məsləhətləşib və turniri ləğv etməmək barədə əsaslı qərar qəbul edib.
Nəşrin iddiasına görə, "böyük beşlik" ölkələrinin təmsilçiləri sıx qrafik səbəbindən Millətlər Liqasının 2020-ci ildə keçirilməməsini istəyiblər. Onlar belə şəraitdə milli komandalar üçün əlavə turnirin təşkilini mümkünsüz hesab ediblər.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci matçını isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirməlidir.
Fanat.Az