"Barselona"nın sabiq hücumçusu Henrik Larsson Kataloniya təmsilçisinin yeni baş məşqçisi Ronald Kumanın köməkçisi olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb. Larsson hücumçularla işləyəcək.
Mənbənin məlumatına görə, "Hoffenhaym"ın keçmiş çalışdırıcısı Alfred Şröder də niderlandlı mütəxəssisin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.
Fanat.Az