17:39 19.08.2020 947

Tahir Gözəl: "Bu hadisə məni çox duyğulandırdı"

 
"Qarabağ"ın prezidenti Tahir Gözəl klubun Mətbuat xidmətinin suallarını cavablandırıb.

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Əlbəttə, komandamın qələbə qazandığına görə çox sevincliyəm. "Qarabağ" 5 aydan çoxdur rəsmi görüşdə meydana çıxmırdı. Amma komandamız təcrübəsini, xarakterini ortaya qoyaraq bugün qələbə qazandı. Hocamızı, bütün komandamızı təbrik edirəm. Uğurlu başlanğıc hər zaman əsas hədəfə getmək üçün yaxşı motivasiya sayılır. Hələ yolun başındayıq. Oyundan- oyuna performansımızı daha da artıracağımıza inanıram.

- Vurğuladınız ki, 5 ay sonra komanda ilk oyununa çıxdı. Bu qədər uzun müddətdən sonra belə inamlı qələbə gözləyirdinizmi?
- Açığı, mənim üçün komandanın hansı hesabla qələbə qazanmağı heç də əsas deyil. Əla qələbə qazandıq. Amma bu hesab bizi aldatmamalıdı. Vurulan 4 qol bizi arxayınlaşdırmamalıdı. Və ya bu qələbə heç də asanlıqla qazanılmadı. Futbolçular meydanın hər yerində mücadilə etdilər. Bilirik ki, hələ çox işləməliyik, getdikcə bizi daha çətin qarşılamalar gözləyir. Bugünkü qələbədən məmnunam amma artıq bu oyunu unudub növbəti matçları fikirləşmək lazımdı.

- Ötən mövsümlə müqayisədə komandada ciddi dəyişikliklər olub. Komanda yenilənib və gəncləşib. Sizin hər zaman fikirlərinizdə gənclərə önəm verdiyinizi görmək olar.
- Əlbəttə, "Qarabağ"da nə qədər çox yerli gənc olsa bu olduqca yaxşı olar. Bunu mən həmişə vurğulamışam. Amma unutmayaq ki, "Qarabağ" daim hədəfləri olan komandadı. Uğur yolunda təcrübə mühim amildi. Bilirəm ki, Qurban müəllim mümkün olduğu qədər gənclərə şans verməyə çalışır. Bugün heyətimizdə yetərincə gənc var. Qurban müəllimlə işləmək onlar üçün əla şansdı. Mən inanıram ki, onların gələcəkdə Maksim Medvedev, Qara Qarayev olma şansı var. Bunun üçün üzərlərində çalışmaları və hazır olmalıdılar.

- "Qarabağ"la ənənəvi transfer məsələsi sualı var? Yeni adlar görə biləcəyikmi?
- Biz dəfələrlə demişik ki, transfer məsələlərində bütün səlahiyyətlər komandamızın baş məşqçisi Qurban Qurbanova aiddi. Bilirsiz, mövcud pandemiya səbəbindən transfer məsələləri olduqca mürəkkəbləşib. Həm çempionatlarda qarışıqlıq eyni zamanda, iqtisadi durumlar futbolçu seçimini, transferini qəlizləşdirib. Amma buna baxmayaraq arayışlar davam edir. "Qarabağ" fəlsəfəsinə, duruşuna və tələblərinə uyğun futbolçuları sıramıza qatmağa çalışacağıq.

- "Qarabağ"ın növbəti rəqibi "Şerif" - "Fola" cütünün qalibi olacaq. Bu mərhələdə yenidən sayca 3-cü dəfə "Şerif"lə qarşılaşma ehtimalı var. Komandanın bu mərhələdə şansını necə görürsüz?
- Hər nə qədər "Şerif"in şansı yüksək qitmətləndirilsə də, Çempionlar Liqası turnirində matç bitmədən danışmaq düzgün olmaz. Düzdü, "Şerif"in evdə oynadığını nəzərə alsaq qələbəyə yaxın görsənir. Moldovanlarla oynayası olsaq işimizin heç də asan olmayacağını söyləmək olar. Nəzərə alsaq ki, hər 2 halda "Şerif"i məğlub etmişik, bizimlə qarşılamaya əvəz kimi baxa bilərlər. İstənilən halda mən komandama inanıram. Amma yenə də bu haqda oyundan sonra danışmaq daha düzgün olar.

- Mahir Emreli qol vurduqdan sonra əsgər salamı verməklə yadda qaldı. Hücumçu bununla iyul hadisəsi zamanı qəhrəmanları yad etməsini necə qarşıladınız?
- Əlbəttə, bu hadisə məni çox duyğulandırdı. Artıq 17 ildir "Qarabağ"a rəhbərlik edirəm. Və bu müddət ərzində komandadan tək istəyim olub: `Qarabağ`ın, Azərbaycanın naminə meydana çıxdığınızı unutmayın. Klubda mütəmadi olaraq Qarabağ-Azərbaycan həqiqətlərinin mahiyyəti barəsində daim iş görülür. Mahirin bu hərəkəti klubun fəlsəfəsinin, görülən işlərin bariz nümunəsi idi. Əsl "Qarabağ" futbolçusu ölkəsinə, bəşəri hadisələrə duyarlı olmalı və əlindən gələnin ən yaxşısını etməlidi.

- Bu yaxınlarda iyul hadisələri zamanı da "Qarabağ"da oynamış futbolçuların sosial şəbəkələrdə Azərbaycanı dəstəkləməsiylə bağlı təşəkkür ismarıcı vermişdiz. Ümumiyyətlə, klubun bu yöndə davamlı fəaliyyətinin bəhrəsi kimi qiymətləndirmək olarmı?
- Çox sevinirəm ki, komandamızın futbolçuları hansı klubu təmsil etmələrinin fərqindədilər. "Qarabağ"ın formasını geyinən hər bir futbolçu onun hansı bölgəni təmsil etməsini, nəyə xidmət etməsini, formasının "ağır"lığını anlamalıdı. İyul hadisələri zamanı nəinki hazırki eyni zamanda sabiq futbolçularımızın Qarabağa, Azərbaycana sadiqliyini, sevgisini nümayiş etdirdilər. Eyni zamanda 2016-cı il hadisəsi zamanı ordumuzun qəhrəmanlıqları da futbolçularımızın diqqətində və sevgisində idi. Xocalı faciəsi bəşər tarixinin ən ağır səhifələrindən biridi. 26 fevral günü mənim üçün ən önəmli məsələ komandamla bu hadisə qurbanlarının xatirəsini yad etmək və futbolçuların şüurunda bu hadisəyə xüsusi yer etməkdi. Mənim üçün idman başarılarından daha çox idman əxlaqı, duruşu önəmli olub. Əgər bir klubda bunu formalaşdırsan başarılar da gələcək. Mən buna həmişə inanmışam. Respublikamızın Prezidenti Cənab İlham Əliyev "Qarabağ"ı qəbul edərkən "Qarabağ"ın idman nailiyyətləriylə yanaşı duruşunu, mənəviyyatıni xüsusilə vurğulamasını, klubun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yönündə spesifik rolunu bildirməsi düzgün yolda olmağımızın göstəricisidi. Bu bizi qürurlandırmaqla yanaşı yeni hədəflərə kökləyir. Biz mənəvi gücümü adımızdan, ölkə başçısından tutmuş sadə vətəndaşına qədər bir olan inamından alırıq.

- "Qarabağ"ı bu il yenidən qruplarda görə bilərikmi?
- Mənim komandama inamım hər zaman sonsuz olub. Bəlkə də 10-15 il bundan qabaq kimsə desəydi ki, "Qarabağ" Çempionlar Liqasında oynayacaq, ardıcıl 6 avrokuboklarda qrup mərhələsində iştirak edəcək heç kim ona inanmazdı. Amma o gün də, bugün də komandama inanıram. "Qarabağ" artıq nəinki Azərbaycanda, eyni zamanda Avropada özünəməxsus bir markadı. İnanıram ki, komandamız yenə də inanılmazı bacararaq uğurlu nəticələr əldə edəcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

Facebookdan bizi izləməyi unutmayın.
X