Mutafa Dənizli "Lig TV"nin qonağı olub. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçi Çempionlar Liqasının 1/8 finalında baş tutacaq "Qalatasaray" - "Çelsi" matçları ilə bağlı fikirlərini bildirib.
Dənizli "Çelsi"nin istənilən oyunu sərgiləmədiyini deyib: "Çelsi" "Bazel"ə iki oyunda uduzub. Bu gün "Qalatasaray" "Bazel"ə rəqib olsaydı Türkiyə bayram edərdi. "Çelsi"nin bu ilki oyun qrafikini təkcə baş məşqçisi deyil, kimə bəyənmir. Onlar yeni ruh yaxalaya bilməyib. Mourinyo illər sonra geri dönüb, komandanın önəmli hissəsi isə hələ oradı".
"Xəzər Lənkəran"ın baş məşqçisi Roberto Mançiniyə Didye Droqa ilə bağlı ilginc məsləhət verib: "Bir futbolçunun keçmiş komandasına qarşı oynaması həmişə ruh yuksəkliyi gətirmir. Droqba meydana qarışıq hisslərlə çıxacaq, tribunalar onu çağıracaq, alqışlayacaq. Bu isə "Qalatasaray" üçün itkidi. Mən olsam, onu matçın gedişində meydana buraxaram. İllərlə bu azarkeşlərlə yaşayan insan matça istəklə başlaya bilməz. Droqba böyük futbolçudu, amma insan amilini də unutmaq lazım deyil. Uzağı getmək lazım deyil. Kriştiano Ronaldo "Mançester Yunayted"lə oyunda qələbə qolunu vurdu. Daha sonra Mançester tribunalarının önündə hansı hissləri keçirdi? Və ya, "Qalatasaray" "Atletiko"ya rəqib olsa, Arda Turan "Türk Telekom Arena"da nə hiss edər? Bunları ddüşünmək lazımdı".
Qeyd edək ki, Dənizlinin bu sözlərinə veteran futbolçu Tümer Metin "Onu ehtiyatda saxlaya bilməzsən hocam" deyə reaksiya verib.
Fanat.az