Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu USL çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası "Los-Anceles Qelaksi 2" ilə qarşılaşıb. Oyun "Finiks Rayzinq"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rüfət Dadaşov meydana 67-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, "Finiks Rayzinq" 8 oyundan sonra 19 xalla B qrupunun lideridi.
Fanat.Az