"Barselona"nın sabiq futbolçusu Artur Melo qəzaya düşüb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin avtomobili yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə səhər 4-də baş verib. Braziliyalı özü xəsarət almayıb. Analiz zamanı onun həddindən artıq içki qəbul etdiyi müəyyənləşib.
Qeyd edək ki, Melo yeni mövsümdən "Yuventus"da çıxış edəcək.
Fanat.Az