Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Keşlə” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi "Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. 20 yaşlı futbolçu mövsümün sonunadək "Keşlə”nin şərəfini qoruyacaq.
Məhərrəmli ötən mövsüm icarə əsasında "Zirə"də oynayıb və Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.
Xatırladaq ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə üz-üzə gələcək. Avqustun 27-də "ASK Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Fanat.Az