"Neftçi"dən ayrılan Vangelis Platellasın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. Belə ki, yunanıstanlı yarımmüdafiəçi Larisa AEL-i ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarında "Neftçi"yə keçib. O, son mövsümdə 18 rəsmi oyuna çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az