"Barselona” baş məşqçi Ronald Kumanın təyinatından sonra ilk transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kataloniya təmsilçisi Sequndada çıxış edən "Las Palmas”da çıxış edən Pedro Qonsales Lopesi (Pedri) heyətinə cəlb edib. 17 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, İspaniyanın U-19 millisinin üzvü ötən mövsüm Sequndada 16 oyuna 4 qol vurub, 7 qol ötürməsi edib. İspaniya mediası Pedro Qonsales Lopesi gələcəyin İnyestası adlandırır.
Fanat.Az