13:21 21.08.2020 1404

Rəşad Sadıqov “Zirə”yə kapitan seçərkən kiminlə məsləhətləşib?

Premyer-liqada 2020/21 mövsümünün startına sayılı günlər qalıb. Həftəsonu ilk turun matçları baş tutacaq. Yeni mövsümdə çıxışı maraqla gözlənilən komandalardan biri də "Zirə"di.

"Qartallar" uzun illər Azərbaycan futbolunun ən yaxşılarından hesab olunan Rəşad Sadıqovu baş məşqçi postuna təyin etdi. Taleh Nəsibov klubun prezidenti oldu. Komandanın heyətindən bir sıra futbolçular göndərildi, onların yerinə başqaları cəlb olundu. Bir sözlə, yenilənmiş "Zirə"yə ümid bəsləyənlər, iddialı olacağını düşünənlər var. Qəsəbə təmsilçisinin premyer-liqaya nə dərəcədə hazır olduğunu öyrənmək üçün "Futbol+” qəzetinin əməkdaşı Elvin Camalovla əlaqə saxlayıb. Yarımmüdafiəçi ilə söhbətdə başqa maraqlı məsələlərə də toxunulub.

- Yeni mövsümün startına az vaxt qalıb. Hazırlıq necə keçir?
- Şükür, hər şey qaydasındadı, hazırlıq yaxşı keçir. Maksimum dərəcədə hazırlaşıb, çempionata yaxşı başlamaq istəyirik.

- Yoldaşlıq görüşlərindəki nəticələriniz o qədər də yaxşı olmadı.
- Belə qarşılaşmalar formamızı bərpa etmək üçün yaxşıdı. Əlbəttə, çalışırıq yoldaşlıq oyunlarında və çempionat matçlarında yaxşı nəticələ əldə edək, azarkeşlərimizi sevindirək.

- "Zirə”də bu mövsüm çox dəyişiklik oldu: prezident, baş məşqçi, futbolçular. Bu dəyişikliklər nəyin xəbərçisidi?
- Bu hər bir komandada ola bilər. İndiki kollektivdə olan insanlar futbola yad deyillər. Hamı bir-birini futboldan tanıyır. Yaxşı komanda formalaşdırmışıq.

- Rəşad Sadıqovun baş məşqçi təyin olunması "Zirə”də hansı dəyişikliklərə səbəb ola bilər?
- Hər şey yaxşı olacaq. İnşallah, "Zirə” Azərbaycan futbolu üçün xeyirli işlər görəcək.

- Premyer-liqada ilk oyununuz səfərdə sabiq komandan "Qəbələ”yə qarşı olacaq...
- Rəqib çox yaxşı komandadı. "Qəbələ” çox istəklidi. Kim daha çox istəsə, həmin komanda da qalib gələcək. Maraqlı oyun olacaq.

- Hazırlıq prosesini də Qəbələdə keçdiz. Demək olar ki, meydan amili sizə təsir etməyəcək?
- Qəbələdə hava bir az ağırdı. Bu, təsir edə bilər. Amma belə amillər hər yerdə olur. Bütün bunları nəzərə alıb, maksimum dərəcədə oyuna hazırlaşırıq.

- Düzdü, bütün komandalar heyətini dəyişib və güclənib. Amma "Zirə” bu baxımdan daha çox fərqləndi. Bu il iddialılar sırasında yer alacağınızı düşünürsən?
- Əlbəttə! Bütün komandaların məqsədi olur. Amma indidən bu haqda düşünmək olmaz. Hər oyun qələbə qazanmaq üçün meydana çıxmalıyıq. Dediyim kimi, xarakter, əzm nümayiş etdirməliyik və ağıllı oynamalıyıq.

- Hər mövqeyə, demək olar ki, yeni futbolçular transfer olundu. Əsas heyətdəki yerini qoruya biləcəksən?
- Komandada rəqabətin olması çox yaxşıdı. Mənim mövqeyimdə də yaxşı futbolçular var. Çalışacam ki, hər oyuna ilk "11-lik”də başlayım.

- Yeni kapitanınız Ağabala Ramazanov oldu. Bu barədə fikirlərini bilmək maraqlı olardı...
- Ağabala təcrübəli futbolçudu. O, kapitanlığa layiqdi.

- Kapitanı seçərkən Rəşad Sadıqov başqa futbolçularla məsləhətləşdi, yoxsa buna ehtiyac olmadı?
- Bu, baş məşqçimizin şəxsi seçimi idi.

- Canni De Byazi milli komandamızın yeni baş məşqçisi oldu. Səncə, uğurlu ola biləcəkmi?
- Buna ümid edirəm. Təcrübəli məşqçidi və bunun sayəsində millimizdə yaxşı işlər görəcəyinə inanıram.

- İtaliyan məşqçi və yeni formalaşan komanda. Necə düşünürsən, De Byazinin planlarında sənə yer var?
- Milliyə dəvət olunmaq hər bir futbolçu, idmançı kimi mənim də arzumdu. Hər oyunda özümü yaxşı tərəfdən göstərməliyəm ki, baş məşqçinin diqqətini çəkə bilim. Dəvət alsam da, əsas heyətdə möhkəmlənmək əsas məqsədimdi.

- İtalyanlar müdafiə və yarımmüdafiə xəttinə xüsusi önəm verirlər. Azərbaycan millisi üçün də bu mövqeydə kifayət qədər seçim var. De Byazinin səni seçməsi nə qədər real görünür?
- Rəqabəti hər zaman sevirəm. Mövqeyimdə oynayan futbolçular çoxdu. Çalışacam ki, ən yaxşılar arasında mən də olum. Bunu bacaracağıma əminəm.

Fanat.Az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X