"Barselona"nın yeni baş məşqçisi Ronald Kumanın köməkçiləri müəyyənləşib.
Fanat.Az cəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, isveçli Henrik Larsson və niderlandlı Alfred Sxröder 67 yaşlı mütəxəssisin köməkçiləri təyin edilib.
Qeyd edək ki, Henrik Larsson 2004-2006-cı illərdə "Barselona"nın formasını geyinib. O, Kataloniya klubu ilə Çempionlar Liqasının və iki dəfə İspaniya çempionatının qalibi olub.
Fanat.Az